Sunday, July 28, 2013

Respublikaçı Alternativ (ReAl) Hərəkatının Məclis Sədri Erkin Qədirlinin MeydanTV-yə Müsahibəsi

Birinci dəfədir ki, Az. siyasətində siyasi hərəkat inandıqları və təbliğ etdikləri ideologiyaya əsaslanmış sosial, iqtisadi və siyasi planları, inandıqları dəyərləri açıq şəkildə elan edir. Birinci dəfədir ki, ideya və dəyərlər hansısa şəxsin, fərdin təbliğatından üstündür. Bu çox vacib məqamdır.
Erkin bəyin qeydləri və şərhlərim aşağıda təqdim olunub.


Erkin Qədirli

ReAl-ın iqtisadi baxışı sağ-mərkəzçidir. Yəni çox qısa olaraq, özəl mülkiyyət toxunulmazlığı, özəlləşdirmə, dövlətin rolunun və nəzarətin məhdudlaşması, “laissez faire” iqtisadiyyati deməkdir. Erkin bəyin qeyd etdiyi kimi, dövlətin müdaxiləsi ancaq rəqabəti artırmaq üçün ola bilər. 

Biznes mühitinin yaxşılaşdırılması və rəqabət üçün vergilərin sayı və həcmi azaldılacaq, xarici ticarət qarşısında əngəllər aradan qaldırılacaq və Azərbaycan Beynəlxalq Ticarət Təşkilatına (WTO) üzv olacaq. İqtisadçı olmadığıma görə buna tam şərh verə bilmərəm, ancaq məntiqnən fərz edirəm ki, daxili biznes mühitinin saxlanması və yerli sahibkarların rəqabətə davamlı olmaları üçün bu keçid addım-addım olmalıdır. İndiki halda yerli sənaye, kənd təsərrüfatı və s. xarici ticarətə rəqabətli olmadığı üçün nəticədə məhv ola bilər. Nəzərə alsaq ki, qurulacaq sistemdə dövlətin müdaxiləsi məhdud olacaq, onda ilk olaraq yerli biznesin dirçəlməsi üçün mexanizmlər olmalıdır. Yəni, bir müddət WTO-ya üzvlük müzakirəsi davam edənə qədər ölkədə iqtisadi islahatlar keçirilib özəl sahə inkişaf etdirilir və rəqabətə davamlılıq artırılır, ondan sonar isə tam “laissez faire” mühiti yaradılır.

 Erkin bəy qeyd edir ki, hökümət indikindən kiçik, effektiv və çevik olacaq. ReAl qəbul və təbliğ etdiyi ideologiyaya görə dövlətin nəzarəti və iştirakı məhdud olmalıdır. Yəni, bir çox nazirliklər, komitələr, agentliklər ləğv ediləcək. Bir sözlə yeni quruluş, yeni institutlar, və ümumiyyətlə fərqli strukturlaşma və institutlaşma prosesi olacaq.

Dövlət xidməti siyasi olmayacaq. Yəni seçkilərdən sonra hökümət formalaşır və komanda təyin edilir (məs. nazirlər), ancaq daha alt təbəqədə işləyən qeyri-siyasi xidmət işçiləri, məmurlar siyasi sistemdən asılı olmayaraq öz işlərini görəcəklər. Yəni qeyri-siyasi, inzibati işçilərin gələcəyi və işi siyasi işçilərdən (nazirlər, hökümət) asılı olmayacaq. Erkin bəy qeyd edir ki, siyasi vəzifələri doldurmağa ReAl-da kadrlar var, ancaq inzibati sahə üçün indiki məmur sinfindən də istifadə etmək olar. Biraz qorxulu yanaşmadır, çünki söhbətin əvvəlində Erkin bəy özü də qeyd etdi ki, “indiki iqtidarla əməkdaşlıqda pozulmamış” insanlarla yeni cümhuriyyət qurulacaq. Nəzərə alsaq ki, bu sistemdə işləyən indiki məmurlar və inzibati işçilər seçimlə vəya seçim olmadan qurulmuş korrupsiya sisteminin zəncirində bir halqadırlar və artıq  “indiki iqtidarla əməkdaşlıqda pozulublar”, onda bu insanların yeni hökümətə verə biləcəkləri xeyir və peşəkarlıq dərəcəsi sual altındadır. Təbii ki, bunu yüz faiz olaraq hamıya aid etmək olmaz, ancaq inanıram ki, bu mülahizə mütləq əksəriyyətə şamil oluna bilər. Təbii ki, daha dəqiq mülahizə və müzakirə üçün keçid ölkələrin bu işdə təcrübəsini öyrənmək yaxşı olardı.
ReAl-ın hərəkatının gerbi

Siyasi sistemin təməlində ReAl-çılar parlament respublikasına keçid nəzərdə tuturlar. Çox qısa, primitiv və sadə olaraq- hökümət parlament (qanun qəbul edən orqan) və icra-edici orqandan (prezident) ibarətdir. Parlament respublikasında icra-edici orqan, yəni prezident, parlament qarşısında öhdəlik daşıyır və parlamentə hesabat verir, və prezidentin sılahiyyətləri məhdud olur. Adətən, Baş Nazir hökümətin başında durur və parlament seçkiləri nəticəsində formalaşmış parlamentdən çoxluq qazanan partiyanın vəya koalisiyanın başçısı olur. Yəni, parlament respublikasının effektivliyi üçün ən azı peşəkar siyasi partiyaların mövcudluğu zəruridir. ReAl-çıların planlarında parlament respublikasına keçid beş ildən sonra nəzərdə tutulur. Bu da çox guman ki, ölkədə siyasi mühitinin normallaşması, siyasi partiyaların və liderlərin əmələ gəlməsi, bərabər siyasi mühitin və fürsətlərin təmin edilməsi üçün hazırlanması, təbii ki, mediyanın azadlığı və inkişafı, zəruri siyasi və sosial institutların yaranması üçün nəzərdə tutula bilər. Bundan başqa, parlament respublikası ölkədə yaşayan vətəndaşlar üçün çox böyük, ağrılı və çətin keçid ola bilər, ona görə bu proseslər üçün nəzərdə tutulmuş beş ilin azlığı arqumenti də məntiqli olaraq yaranır.

Yeni hakimiyyət (yeni iqtidar, yəni ReAl) indiki iqtidarda olan və korrupsiya sxemləri ilə milyardlarla dollar mənimsəyən yüksək vəzifəli məmurlar üçün bağışlanma mexanizmləri nəzərdə tutur. Məmurlar öz pullarını elan etməlidirlər, və bu pulların bir hissəsi barışıq üçün dövlət büdcəsinə keçirilir. Eyni zamanda, həmin insanların öz pullarından və güclərindən istifadə edərək gələcəkdə qruplaşmalar yaradıb yeni hakimiyyətə qarşı çevriliş cəhdinin olmaması üçün siyasi lüstrasiya tətbiq ediləcək, yəni, bu insanlar 10 il ərzində siyasi məsələlərlə məşğul ola, heçbir şəkildə iştirakçı ola bilməyəcəklər, və buna ciddi dövlət nəzarəti olacaq. Təbii ki, müzakirə üçün bağışlanma prosesinin və siyasi lüstrasiyanın inzibati ve prosedur detallarını bilmək də maraqlıdır. Bundan başqa, bağışlanması nəzərdə tutulmuş milyardlarla dollar mənimsəyən yüksək vəzifəli məmurların indiyə kimi etdikləri qanunsuzluqlar, cinayət tərkibli əməllərin araşdırılması və ən əsası bu insanların azad və ədalətli məhkəmə qarşısında cavab verməsi, bu prosesin ictimayyətə açıq şəkildə keçirilməsi, və müvafiq cəzaların verilməsi çox vacibdir. Keçid dövrünü yaşamış bir çox ölkələrdə “həqiqət və barış” (truth and reconciliation) prosesi insanların yeni hakimiyyətə, ədalət və qanunun aliliyi prinsiplərinə inamının yaradılması üçün çox vacibdir. Bu prinsipə görə, müxtəlif təbəqəli məmurların oğurluqlar və rüşvətlə qazandıqları pullardan əlavə, onların xalqa qarşı işlətdikləri cinayətlər, güc və zor tətbiqi, xalqa danışdıqları yalanlar araşdırılır, ictimayiləşdirilir, və müstəqil məhkəmələr tərəfindən cəzalar verilir. Eyni proses həm də polis və güc strukturlarının işçiləri üçün də tətbiq olunur. “Həqiqət və barış” prosesi həm də yeni hakimiyyətin əsası düzgünlük, ədalət və sosial barışıqdan ibarət yeni sistem və həyat tərzinə keçidini təmin edir.

Yuxarıdaki mülahizə və fikirlərim 11 dəqiqə ərzində Erkin bəyin bölüşdüyü fikirlər əsasında qurulub. Fikirlərin, mülahizələrin tənqidin və dəstəyin daha dərin və keyfiyyətli olması üçün daha detallı və dərin məlumatlara ehtiyac var ki, bunu da ReAl hərəkatı yaxın vaxtlarda cəmiyyətə təqdim etməlidir. Ümumilikdə isə, çox yaxşı haldır ki, nəhayət Az. siyasətində insan və fərdə pərəstiş üzərində qurulan deyil, dəyərlər və ideologiya üzərində qurulmuş siyasi institut əmələ gəlir, güclənir və gələcək planları ilə açıq şəkildə bölüşür. Bu həm də ReAl-dan fərqli düçüncəli (solçu, mərkəzçi, aşırı sağçı, və s.) insanlar və siyasi qurumlar, müəssisələr, təşkilatlar üçün yeni platforma və minimum, özül, baza yaradır.


Təbii ki, MeydanTV-nin də rolunu qeyd etmək vacibdir. Hal-hazlrda bu mediya qurumu Azərbaycanda və ölkədən kənarda yaşayan soydaşlarımıza fərqli məlumatın, fikrin və baxışın çatdırılması, hətta fərqli insanların bizə təqdim olunmasını təmin edir.

Monday, July 1, 2013

A Homeland by Choice

About 7 years ago, we moved to a wonderful country very far from our homeland. Culture, values, society, language, political structure, people, life-style, climate, and everything else were different, not accustomed to. And yet, simple.

It was weird to be greeted by a bus driver in the morning, and have him explain you the city’s transportation system.

It was unusual to hear tens of different languages spoken at the same time on subway, in the lobby, at work, in a park, everywhere and everyday. At first, it was very peculiar when non-white people (non-Caucasian; Indian, Asian, Semite, Arabic, Persian, Russian, Slavic, Turkish, etc.) who were not born here and moved to this country only several years before, spoke English with an accent and yet called themselves Canadians.

It was weird to have a Member of Parliament knock on your door and ask how you were, invite you to come to vote for him/her, and when he/she found out we were not citizens yet, welcomed to Canada and still invited to the constituency office.

It was strange to visit a hospital, go through all the necessary procedures, talk to a doctor, and not pay a penny. Well, yes, we had to wait hours to get to the doctor, but nevertheless. Everything, and almost everyone seemed unusual, weird, unfamiliar, strange, and yet interesting, reasonable, unrestricted, lawful, and sincere.

This country never made me feel alienated. Different, but not alienated. Coexistence of tens, even hundreds of cultures, values, ideas and beliefs astonished me. Diversity is a part of Canadian identity, and the idea is to invite you to preserve and share with your roots and culture, augmenting the rich Canadian cultural mosaic. The diversity makes a person to learn from everyone, and become culturally rich.

Canada gave me a quality education and an obstructed future.

Canada gave me the right to vote, observe the vote-counting process and be unafraid to engage in the local politics, legally pressure politicians, and encourage other voters to vote for a certain politician. 

Canada provided an opportunity to be a proud Canadian, while embracing my roots. It gave me the right to raise the Azerbaijani flag, play the anthem and have local politicians speak with my compatriots in front of a City Hall.

It gave me the liberty to assemble and protest or support the local, and any other government. Canada, and my parents, gave me an opportunity and a privilege to hold the most respected passport in the world.

What still remains weird to me is that some people who were born here take it for granted, and waste their time and lives. I’ll make sure my children value what this country has to offer.

Happy Birthday Canada! Happy Canada Day!
Peace, Tolerance, Diversity and Prosperity.